Bakıda “Kalaşnikov” avtomatı və narkotik aşkarlanıb

13:28 - 20 Oktyabr 2023 - ÖLKƏ İÇİ

Oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bundan əlavə saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri tədbirlər davam etdirilir.

Xəbər xətti