Almaniyanın ətraf mühit naziri Kiyevə səfər edib

12:32 - 20 Oktyabr 2023 - DÜNYA

Almaniyanın Ətraf Mühit, Təbiət, Nüvə Təhlükəsizliyi və İstehlakçı Hüquqları naziri Şteffi Lemke Ukrayna infrastrukturunun bərpası ilə bağlı danışıqlar aparmaq üçün Kiyevə səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Bu gün biz bərpa məsələlərinə, ilk növbədə ekoloji sferada zərərin qiymətləndirilməsinə həsr olunmuş konfrans çərçivəsində müxtəlif danışıqlar aparacağıq - Lemke deyib. 

Xəbər xətti