55 tank, 120 zirehli döyüş maşını ... - Rusiya ordusunun itkiləri

10:33 - 20 Oktyabr 2023 - DÜNYA

Rusiya Federasiyasının Ukraynada son itkiləri açıqlanıb

Ucnoqta.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbukdakı açıqlamasına əsasən xəbər verir ki, Rusiyanın 24 fevral 2022-ci il tarixindən 20 oktyabr 2023-cü il tarixədək ümumi döyüş itkiləri təxminən 292 min 060 nəfər təşkil edib.

Bundan əlavə, daha 55 tank, 120 zirehli döyüş maşını, 29 artilleriya sistemi və dörd reaktiv yaylım atəşi sistemi məhv edilib.

Həmçinin düşmənin bir qanadlı raketi, səkkiz operativ-taktiki pilotsuz uçuş aparatı və 33 ədəd avtomobil texnikası və sisternləri məhv edilib.


Xəbər xətti