Biləsuvar YAP sədri rayon energetiklərini təbrik edib

10:18 - 20 Oktyabr 2023 - ÖLKƏ İÇİ

20 oktyabr Azərbaycanda “Energetiklər Günü”dür

Ucnoqta.az xəbər verir ki, bu münasibətlə Yeni Azərbaycan Partiyasının Biləsuvar Rayon təşkilatının sədri Kamil Qurbanlı Biəsuvar rayon Elektrik Şəbəkəsinə gələrək kollektivi təbrik edib.

Biləsuvar rayon icra hakimiyyətinin başçısının müavini də tədbirdə iştirak edib.

Qeyd edək ki, 20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.


Xəbər xətti