Qəzza zolağında HƏMAS-ın 100-dən çox hərbi obyekti vurulub
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə ərzində Qəzza zolağında yeraltı tunel, silah anbarları və komanda mərkəzləri də daxil olmaqla, HƏMAS-ın yüzdən çox hərbi obyektinə zərbələr endirilib.