Tayvan yaxınlığında 26 Çin təyyarəsi aşkarlanıb

08:34 - 20 Oktyabr 2023 - DÜNYA

Tayvan yaxınlığında Çin Xalq Azadlıq Ordusunun 26 təyyarəsi və 7 gəmisi aşkar edilib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ən azı 18 təyyarənin Tayvan boğazının median xəttini keçdiyi və ya hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olduğu qeyd edilir. Xüsusilə, üç Su-30 qırıcısı, iki J-10, səkkiz J-16, pilotsuz uçuş aparatları, Y-8 elektron kəşfiyyat təyyarəsi və Y-9 elektron döyüş təyyarəsi olub.

Xəbər xətti