Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropa İttifaqı Kiyevə təxminən 90 milyard dollar yardım ayırıb.
Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib. Onun sözlərinə görə, bu 90 milyard dolların təxminən 27 milyard dolları Ukrayna Silahlı Qüvvələrinin silah və sursatla təmin olunmasına sərf olunub.
"Ukrayna qalib gələcək. Lakin onların öz işlərini görmək üçün daha çox dəstəyə ehtiyacı var. Avropa Ukraynaya 90 milyard dollara yaxın dəstək verib. Avropa Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsində mərkəzi rol oynamalıdır. Biz bunu ən qədim dövlət və ən güclü müttəfiq olan ABŞ-la birlikdə etməliyik" , - deyə o, bildirib.