Fələstin tərəfdarları ABŞ-ın Avstraliyadakı hərbi bazasına gedən yolu bağlayıb

07:55 - 20 Oktyabr 2023 - DÜNYA

Avstraliyada Fələstinə dəstək nümayiş etdirən etirazçılar Elis Sprinqs şəhərindəki ABŞ hərbi bazasına girişi bağlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli NT-News nəşri məlumat yayıb.

Məlumata görə, onlarla etirazçı Avstraliya və ABŞ silahlı qüvvələrinin birgə istifadə etdiyi Pine Gap hərbi bazasına aparan yeganə yolu bağlayıb. Qeyd olunur ki, bir qrup fələstinli tərəfdar Fələstin xalqına həmrəylik və dəstək əlaməti olaraq aksiya təşkil edib və hərbi bazanın əməkdaşlarını Qəzza zolağında dəhşətli ölüm və itkilər üçün yas saxlamaq üçün bir az vaxt ayırmağa çağırıb.

Aksiya bir neçə saat ərzində polis və fövqəladə hallar xidmətinin nəzarəti altında keçirilib. İş başa çatdıqdan sonra etirazçılar könüllü olaraq yolu tərk ediblər.

Xəbər xətti