ABŞ Ukraynada Rusiya ilə hərbi toqquşma istəmir- Bayden

06:29 - 20 Oktyabr 2023 - DÜNYA

ABŞ Ukraynada Rusiya ilə hərbi toqquşmaya can atmır.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Amerika lideri Co Bayden ölkə sakinlərinə televiziya ilə müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ-ın NATO müttəfiqinə hücum etsə, Vaşinqton NATO-nun hər qarışını müdafiə edəcək.

 

“İstəmədiyimiz şey baş verərdi... Biz Amerika qoşunlarının Rusiyada və ya Rusiyaya qarşı döyüşməsini istəmirik”, - o deyib.

Xəbər xətti