HƏMAS İsrailin yaşayış məntəqələrinə 30 raket zərbəsi endirib

20:01 - 19 Oktyabr 2023 - DÜNYA

Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının döyüşçüləri Livanın cənubundan İsrail ərazisinə doğru 30 raket buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə qrupun Telegram kanalında yerləşdirilən bəyanatda deyilir.

Raket atəşi işğal olunmuş Fələstinin şimalındakı Nahariya və Şlomi yaşayış məntəqələrinə atılıb.

Fələstinin raket hücumu ilə bağlı İsrail komandanlığından məlumat verilməyib. Bununla belə, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Livanla sərhədə yaxın yerləşən Betzet, Hanita və Şlomi yaşayış məntəqələrində bir neçə dəfə hava hücumu sirenləri səslənib.

Xəbər xətti