Qəzza zolağı ilə sərhəddə yerləşdirilən İsrail hərbçiləri tezliklə onun ərazisində olacaq.
Ucnoqta.az "The Times of Israel"ə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant hərbçilərlə görüşdə deyib.
"İndi Qəzzanı uzaqdan görürsünüz, tezliklə içəridən də görəcəksiniz. Əmr gələcək" - Qalant Givati briqadasının əsgərlərinə deyib.
Nazir tezliklə zolağında quru əməliyyatına başlamaq üçün əmr verilə biləcəyini açıqlayıb.