İsrail ABŞ-dan zirehli texnikanın ilk partiyasını alıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İsrail ABŞ-dan döyüşlərdə zədələnənləri əvəz etmək üçün nəzərdə tutulmuş zirehli texnikanın ilk partiyasını alıb.
"İsrail Müdafiə Nazirliyi bu yaxınlarda ABŞ-dan İsrail Müdafiə Qüvvələrinin istifadə etməsi üçün nəzərdə tutulmuş zirehli texnikanın ilk partiyasını daşıyan yük təyyarəsi alıb. Maşınlar hərbi əməliyyatlar zamanı zədələnənlərin dəyişdirilməsi üçün təhvil verilir. ", - açıqlamada deyilir.