Şuşada su, kanalizasiya, məişət tullantılarının yığılması infrastrukturu qurulub. Şuşada yeni yol şəbəkəsinin qurulmasına başlayacağıq.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib
"Bununla da bütün şəhər ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin və səkilərin altına keçiriləcək, küçələr tam yenidən qurulacaq. 85 şəhərdaxili küçənin adlarının verilməsi prosesi artıq başa çatdırılıb", - deyə Aydın Kərimov vurğulayıb.