ABŞ HDQ-yə məxsus "USS Carney" gəmisi Süveyş kanalından keçir

12:32 - 19 Oktyabr 2023 - DÜNYA

Yaxın Şərqə göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket esminesi "USS Carney" Süveyş kanalından keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Amerika Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.

"Arleigh Burke sinifli idarə olunan raket esminesi "USS Carney" oktyabrın 18-də Süveyş kanalından keçib. Carney region sularında dəniz təhlükəsizliyi və sabitliyi təmin etmək üçün Yaxın Şərqə yerləşdirilib", - mətndə deyilir.

Xəbər xətti