Hizbullah partiyasının silahlı qanadı ilə İsrail Müdafiə Qüvvələri arasında toqquşmalar son bir neçə gündə “əhəmiyyətli dərəcədə artıb”
Ucnoqta.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Conatan Konrikus CNN-ə bildirib.
Onun sözlərinə görə, Hizbullah Livan ərazisindən İsrail istiqamətində çoxsaylı tank əleyhinə raketlər buraxıb. Raketlər həm hərbi, həm də mülki hədəfləri hədəf alıb.
Konrikus əlavə edib ki, hərəkatın döyüşçüləri yəhudi dövlətinin ərazisinə daxil olmağa cəhd ediblər, lakin İsrail hərbçiləri tərəfindən onların qarşısı alınıb.
“Hizbullahın indi etdiyi şey Livanı heç bir əlaqəsi olmayan və heç bir faydası olmayacaq bir münaqişəyə sürükləyir”, - o, deyib.