Amerikalı sahibkar İlon Mask Avropada X sosial şəbəkəsini bloklamaq istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Business Insider yazır.
Nəşrin məlumatına görə, Mask Aİ-nin rəqəmsal xidmətlər haqqında qanununa riayət etmək zərurətindən getdikcə daha çox məyus olur.
"Bir il əvvəl X adlanan Twitter-i 44 milyard dollara satın alan Tesla milyarderi, sadəcə olaraq, tətbiqin regionda mövcudluğunun bağlanması və ya Avropa Birliyindəki istifadəçilər üçün ona girişin əngəllənməsi imkanlarını müzakirə edib"- nəşr yazıb.