"Rokki" filmlərinin ulduzu vəfat edib

08:37 - 19 Oktyabr 2023 - DÜNYA

"Rokki" film seriyasının baş qəhrəmanı, boksçu Rokki Balboanın dostu Paula Pennino obrazı ilə tanınan aktyor Bert Yanq 83 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə New York Times qəzeti məlumat yayıb.

“Chinatown”, “Bir zamanlar Amerikada” və ən məşhuru “Oskar”a namizəd olduğu "Rokki" kimi filmlərdə baş rolda oynayaraq Hollivudda parlaq karyera quran aktyor Bert Yanq oktyabrın 8-də dünyasını dəyişib. Onun 83 yaşı var idi”, - nəşrin mənbəsi bildirib.

Qəzetin yazdığına görə, aktyorun ölümünü qızı Ann Morea təsdiqləyib.

Ölümün səbəbi ilə bağlı təfərrüatlar açıqlanmır.

Xəbər xətti