Çinin hazırladığı “Shenzhou 17” kosmik gəmisi buraxılış meydançasına çatdırılıb və yaxın vaxtlarda buraxılışa hazırlanır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Çin Xalq Respublikasının İnsanlı Kosmosa Uçuş Proqramı İdarəsinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edildiyi kimi, kosmodromda yerləşən avadanlıq saz vəziyyətdədir. Buraxılışdan əvvəl müxtəlif funksional yoxlamalar və sınaqlar aparılacaq. Startın yaxın vaxtlarda baş tutması planlaşdırılır.