Oktyabrın 18-də Şeremetyevo hava limanı sərnişinin səhhətinin pis olması səbəbindən "Air India" aviaşirkətinə məxsus geniş gövdəli "Boeing 787-8" Dreamliner təyyarəsinə planlaşdırılmamış xidmət göstərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rosaviasiyanın rəsmi Telegram kanalında məlumat verilib.
Təyyarə Deladan Londona müntəzəm AI-111 reysini yerinə yetirirdi. Təyyarənin ekipajı sərnişinin səhhətinin pisləşməsi barədə Vahid Hava Hərəkətini İdarəetmə Sisteminin (UESAT) Samara regional mərkəzinin dispetçerlərinə məlumat verib. Bundan sonra layner Moskvaya enib.