Ukrayna prezidenti Volodimir Zelenski Rumıniyanın baş naziri Marsel Kolaku ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, onlar Ukraynanın Rumıniya tərəfindən gələcək müdafiə dəstəyini və ərzaq təhlükəsizliyi məsələsini, yəni Ukrayna kənd təsərrüfatı məhsullarının Rumıniya ərazisindən tranziti üçün yeni logistik marşrutların yaradılmasının vacibliyini müzakirə ediblər.
Zelenski Rumıniyaya Ukrayna xalqını dəstəklədiyinə və döyüş meydanında bizi gücləndirən hərbi yardım paketlərinə görə təşəkkür edib.