İsrail Müdafiə Qüvvələri yəhudi dövlətinə qarşı hücumlara cavab olaraq qonşu Livana zərbələr endirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi Telegram-kanalında dərc olunan bəyanatında deyilir.
"Bir müddət əvvəl İsrailin Livan-İsrail sərhədi yaxınlığında yerləşən Zarit qəsəbəsi ərazisində atəşə tutulması qeydə alınıb. İsrail Müdafiə Qüvvələri hücumların həyata keçirilə biləcəyi ərazilərdə artilleriya atəşinə cavab verir", - məlumatda deyilir.