İsrail Qəzza zolağında baş verən hadisələrin səbəb olduğu nümayişlərə görə Misir və Mərakeşdəki diplomatik nümayəndəliklərini boşaltmaq məcburiyyətində qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti yazıb.
Məlumata görə, İsrailin digər səfirliklərində yüksək hazırlıq rejimi elan edilib. Xarici İşlər Nazirliyi yəhudi dövlətinin vətəndaşları üçün mövcudluğun təhlükəli ola biləcəyi ölkələrdə İsrail diplomatlarını təxliyə etməyə çalışır. İsrail diplomatik nümayəndəliklərinin bütün əməkdaşlarından ehtiyatlı olmaları və zəruri hallarda səfirliyin binasını tərk etməmələri xahiş olunur.