Zurabişvilinin impiçmenti baş tutmadı

16:48 - 18 Oktyabr 2023 - DÜNYA

Gürcüstan parlamentinin 100-dən az üzvü prezident Salome Zurabişvilinin istefaya göndərilməsinə səs verdiyi üçün impiçment baş tutmayıb.

Ucnoqta.az xəbər verir ki, iclas qanunverici orqanın saytında yayımlanıb.

Səsvermənin nəticələrinə görə, 86 deputat prezidentin impiçmentinin lehinə, biri isə əleyhinə çıxıb. Prezidentin vəzifədən kənarlaşdırılması üçün 150 səsdən ən azı 100-ünün, yəni parlamentin üçdə ikisinin səsi lazım idi.

Xəbər xətti