İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı eskalasiya başlayandan bəri 3,4 mini keçib, 12 mindən çox insan isə yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu məlumatı Fələstin Səhiyyə Nazirliyi öz teleqram kanalında verib.
3478 ölü və 12000-dən çox yaralı var. İordan çayının qərb sahilində 62 fələstinli həlak olub, 1,3 mindən çoxu yaralanıb.