Britaniya İrana qarşı sanksiyaları davam etdirir

15:26 - 18 Oktyabr 2023 - DÜNYA

Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə İrana qarşı tətbiq edilən məhdudiyyətləri milli sanksiyalar siyahısına keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"BMT-nin 78 şəxsə qarşı sanksiyaları İranın (nüvə) sanksiyaları rejiminin bir hissəsi kimi Böyük Britaniyanın muxtar sanksiyalarına siyahısına köçürülüb" - açıqlamada deyilir.

İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani daha əvvəl bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə Tehrana qarşı qoyulan bütün məhdudiyyətlər oktyabrın 18-də başa çatacaq.

Xəbər xətti