Hazırkı Belçika hökuməti 2025-ci ildə F-16 qırıcılarının Ukraynaya göndərilməsi üçün bütün lazımi qərarları qəbul edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Belqa xəbər agentliyi Belçikanın müdafiə naziri Ludivine Dedonderin parlamentdəki çıxışına istinadən məlumat yayıb. Nazir bildirib ki, lakin 2024-cü ildə keçiriləcək seçkilərdən sonra təyin olunacaq yeni kabinet tədarükləri təsdiqləməli olacaq.