NATO-nun hərbi bazaları və zərbə silahları tezliklə Finlandiya və İsveçdə olacaq - Şoyqu

14:30 - 18 Oktyabr 2023 - DÜNYA

NATO koalisiyasının hərbi bazaları və zərbə silahları Finlandiya və İsveç Şimali Atlantika Alyansına qoşulduqdan sonra onların ərazisində görünə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Rusiya və Belarus müdafiə nazirliklərinin birgə kollegiyasının iclasında bildirib.

“Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması və İsveçdə birgə tədbirlərin keçirilməsi əlavə gərginlik mənbəyi yaradıb. Yaxın vaxtlarda bu ölkələrin ərazisində koalisiya hərbi bazalarının və zərbə silahlarının yerləşdirilməsi istisna edilə bilməz”, - Şoyqu bildirib.

Xəbər xətti