İsrail Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi başlayandan bəri Vaşinqtonun yəhudi dövlətinə göstərdiyi qeyd-şərtsiz dəstəyə görə ABŞ-a minnətdardır.
Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu İsrailə səfərə gələn ABŞ prezidenti Co Baydenə deyib.
“Mən sizin dəstəyinizi hər gün görürəm, bu müharibənin əvvəlindən bəri mövcud olan əməkdaşlığın miqyası ölkələrimiz arasındakı gözəl müttəfiqlik tarixində həqiqətən görünməmiş bir səviyyəyə çatıb”, - deyə Netanyahu bildirib.
"Özümüzü müdafiə etmək üçün lazım olan vasitələrə sahibik. Səbrimizi sınamamaq üçün düşmənlərimizə göndərdiyiniz açıq mesajda və dəstək üçün bölgəyə göndərdiyiniz iki ABŞ daşıyıcı döyüş qrupunda bu dəstəyi görürük”.
Netanyahu Qəzzada əhəmiyyətli itkilərə səbəb olan dağıdıcı xəstəxana partlayışı barədə bir söz deməyib.