Yaxın Şərqdə gərginliyin artması fonunda oktyabrın 18-də neftin qiyməti qalxıb.
Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, qiymət Qəzzada xəstəxanada baş verən partlayışda yüzlərlə insanın həlak olmasından sonra dəyişib və bu, bölgədən neft tədarükünün mümkün kəsilməsi ilə bağlı narahatlıqları artırıb.
Brent markalı neftin fyuçersləri 1,75 dollar və ya 2% bahalaşaraq barrel üçün 91,65 dollar olub. West Texas Intermediate (WTI) markalı xam neftin fyuçersləri 1,91 dollar və ya 2,2% artaraq 88,57 dollar/barelə çatıb.