İsrail Qəzza xəstəxanasına hücuma görə İslami Cihadın məsuliyyət daşıdığını bildirir
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü deyib. Bildirilir ki, araşdırma başa çatdırılıb və təsdiqlənib ki, Qəzzada xəstəxanaya edilən hücuma görə "İslami Cihad" məsuliyyət daşıyır.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Əl Əhli xəstəxanasında baş verən partlayışın böyük bir krater yarada biləcək döyüş sursatlarından qaynaqlanmadığını sübut edən dron görüntülərini yayımlayıb.
Kadrlardan görünür ki, partlayış nəticəsində ərazidə böyük yanğın baş verib, lakin krater yoxdur. Ordu bildirir ki, İsrailin zərbələri adətən yerdə böyük dəliklər yaradır.