Putin və Si Cinpin Pekində ikitərəfli danışıqlara başlayıblar

07:58 - 18 Oktyabr 2023 - DÜNYA

Pekində geniş tərkibdə Rusiya-Çin danışıqları başlayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Çinin paytaxtında Xalq Yığıncaq Salonunda görüşüblər.

Putinin başçılıq etdiyi Rusiya nümayəndə heyətinin tərkibinə həmçinin baş nazirin iki müavini - Aleksandr Novak və Dmitri Çernışenko, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Şərqi İnkişaf Nazirliyi, Mərkəzi Bank və digər idarələrin rəhbərləri daxildir.

 Biznes nümayəndələri arasında “Qazprom” və “Rosneft”in rəhbərləri Aleksey Miller və İqor Seçin, Sberbank və VTB-nin rəhbərləri German Qref və Andrey Kostin, həmçinin Leonid Mixelson, Gennadi Timçenko və bir çox başqaları var.

Xəbər xətti