Türkiyə XİN İsrailin Qəzzada xəstəxanaya hücumunu vəhşilik adlandırıb

23:28 - 17 Oktyabr 2023 - DÜNYA

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzadakı xəstəxanaya hücumunu vəhşilik adlandırıb və bu cinayətin beynəlxalq ədalət qarşısında cəzalandırılmasının qaçılmaz olduğunu bəyan edib.

Ucnoqta.az xəbər verir ki, XİN-nin bəyanatında deyilir: "Biz bu vəhşi hücumu ən sərt şəkildə qınayırıq". Hərəkətləri mülki şəxslərə qarşı yönəlmiş və “xəstəxana və məktəblərə hücumlar” həyata keçirən tərəfin “beynəlxalq ədalət qarşısında cavab verəcəyi” vurğulanır.

Xəbər xətti