Ağ Ev ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib

23:01 - 17 Oktyabr 2023 - DÜNYA

Ağ Ev ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, ABŞ administrasiyası 165 km mənzilli ATACMS taktiki raketlərini Ukraynaya təhvil verib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrien Vatsonun yazılı bəyanatında deyilir.

"Birləşmiş Ştatlar bu yaxınlarda Ukraynaya 165 km-ə qədər mənzilli ATACMS raketləri verdi. Biz inanırıq ki, bu, döyüş hazırlığımıza xələl gətirmədən Ukraynanın döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq".

Xəbər xətti