Avstriya Çexiya ilə sərhəddə 10 günlük nəzarət tətbiq edir

20:20 - 17 Oktyabr 2023 - DÜNYA

Avstriya qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində çərşənbə günündən etibarən Çexiya ilə sərhəddə 10 günlük nəzarət tətbiq edəcək.

Ucnoqta.az xəbər verri ki, bu barədə Oe24 portalı respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Daha əvvəl xəbər verilmişdi ki, Almaniya hökuməti Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə stasionar nəzarət tətbiq etməyi planlaşdırır.

Berlinin hərəkətlərinə cavab olaraq Vyana da qeyri-qanuni miqrasiya üçün potensial arxa qapı marşrutlarını bağlamaq üçün sərhəd nəzarəti tətbiq etmək qərarına gəlib.

Oktyabrın əvvəlində Avstriya da Slovakiya ilə sərhədə nəzarəti bərpa edib.

Xəbər xətti