Almaniya kansleri Olaf Şolz oktyabrın 17-də axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail Nazirlər Kabineti rəhbərinin məsləhətçisinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Şolz, həmçinin Netanyahunun müdafiə nazirləri Benni Gantz və Gadi Eisenkot ilə görüşlər keçirəcək.
Şolz şəxsən oktyabrın 16-da Albaniyanın paytaxtında keçirdiyi mətbuat konfransında çərşənbə axşamı İsrailə, sonra isə Misirə səfər edəcəyini təsdiqləyib.