Ukrayna Milli Antikorrupsiya Bürosu 56,7 milyon dollar dəyərində qaz oğurluğunda şübhəli bilinən Ali Radanın deputatı Yaroslav Dubneviçi axtarışa verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Büro öz Telegram kanalında məlumat yayıb.
"Ukrayna Milli Antikorrupsiya Bürosu 2,1 milyard qrivnadan (56,7 milyon dollar) çox dəyərində dövlət əmlakının (təbii qaz) ələ keçirilməsini təşkil etməkdə və qeyri-qanuni əldə edilmiş gəlirlərin leqallaşdırılmasında şübhəli bilinən Ukraynanın hazırkı deputatını axtarır", - məlumatda deyilir.