Almaniya kansleri Olaf Şolz xalçanın üstündə səhv istiqamətdə hərəkət edib.
Ucnoqta.az xəbər verir ki, kansler Albaniyaya səfər edib. Şolz Alban hökumət binasının pilləkənlərində gözləyən Baş nazir Edi Rama tərəfindən qarşılanıb. Lakin maşından düşən Şolz Ramanı görmədi, yanlış istiqamətdə getdi və hasarın üstündən keçərək qırmızı xalçanı tərk etdi.