Fransa Moldovaya dəstək üçün 300 milyon avro ayırmaq niyyətindədir

13:41 - 17 Oktyabr 2023 - DÜNYA

Fransa Moldovada sosial layihələrə 300 milyon avro ayıracaq və Avropaya inteqrasiya prosesinə dəstək verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Kişinyovda keçirilən Moldovaya maliyyə dəstəyi platforması iştirakçılarının iclasında bildirib.

“Sosial dəstək layihələrinin, BMT QAK və UNICEF vasitəsilə layihələrin maliyyələşdirilməsinə 300 milyon avro ayrılacağını elan edirəm”, - deyə nazir bildirib.

"Fransa İnkişaf Agentliyi vasitəsilə biz Moldovanın Avropa enerji şəbəkəsi və Aİ standartları ilə yaxınlaşmasını stimullaşdıracağıq. Bunun üçün 40 milyon avro ayrılıb", - Kolonna bildirib. Fransa həmçinin ictimai binaların enerji səmərəliliyinin artırılması, təbii ehtiyatların idarə edilməsi və iqlim dəyişikliyi ilə mübarizə layihələrini dəstəkləməyə davam edəcək.

Xəbər xətti