Avropa İttifaqının Brüssel institutları çərşənbə axşamı terror aktı ilə əlaqədar bağlanıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Brüsselin Avrokvartalında Avropa Komissiyasının əsas binası olan Berlaymontun girişində "Təhlükəsizlik tədbirləri gücləndirildiyi üçün binaya giriş yoxdur" deyiblər.
Avropa Komissiyasının mətbuat xidməti jurnalistlərə çərşənbə axşamı Avropa İttifaqı institutlarının binalarına girişin terror təhlükəsi səbəbindən bağlandığını deyib.
RTBF telekanalının verdiyi xəbərə görə, Brüsseldə tətbiq edilən terror təhlükəsinin ən yüksək, dördüncü səviyyəsi dövlət orqanlarının ayrıca sərəncamı olmadığı halda, ictimai binaların, mədəniyyət və təhsil müəssisələrinin bağlanmasını nəzərdə tutmur. E
İctimai və şəxsi nəqliyyatın hərəkəti bu tədbirlərdən təsirlənmir.