Rusiya prezidenti Vladir Putin və Fələstin lideri Mahmud Abbas görüşəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
"Rusiya Federasiyası və Fələstin prezidentləri Vladimir Putin və Mahmud Abbas arasında görüş hazırlanır, lakin hadisələrin dinamik inkişafı səbəbindən görüşün tarixini adlandırmaq çətindir", - Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kremlin sözçüsü Putinin Fələstin lideri ilə görüşü planlaşdırıb- planlaşdırmaması sualına cavab verərkən deyib: “Hazırlanır, əvvəllcədən razılaşdırılıb”.
“Ancaq bir daha təkrar edirəm, hadisələr o qədər dinamik inkişaf edir ki, hələ ki, dəqiq deyə bilmərəm”, - Peskov əlavə edib.