Rusiyanın itkiləri 290 minə çatır

10:58 - 17 Oktyabr 2023 - DÜNYA

Rusiya ordusunun canlı qüvvə itkilərinin sayı 289430-a çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, son sutkada Rusiya ordusunun daha 800 hərbçisi həlak olub. 

Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya Ordusunun 14 tank, 20 zirehli texnika, 26 artilleriya sistemi, 11 PUA, 2 qanadlı raket, 22 maşın, 1 xüsusi texnikası məhv edilib.

Xəbər xətti