İspaniyanın hüquq-mühafizə orqanları ölkənin müxtəlif bölgələrində neonasistlərin “Combat 18” qruplaşmasına qarşı əməliyyat keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kataloniya polisi X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, "Combat 18 adlı Milli Sosializm və ağ üstünlüyü ilə əlaqəli cinayət təşkilatına qarşı" əməliyyat aparılır. Qeyd olunur ki, hüquq-mühafizə orqanları Kataloniya, Luqo, Madrid, Malaqa və Toledoda axtarışlar aparır.
"Combat 18" 1992-ci ildə Böyük Britaniyada yaradılıb.