İsrail ABŞ-dan 10 milyard dollar yardım istəyir - KİV

08:36 - 17 Oktyabr 2023 - DÜNYA

İsrail ABŞ-dan 10 milyard dollar dəyərində təcili yardım istəyib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə The New York Times üç rəsmiyə istinadənyazıb. Nəşrin qeyd etdiyi kimi, amerikalı qanunvericilər indi İsrail və Ukraynaya yardım paketi hazırlayırlar.

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Amerika administrasiyası Ukrayna, İsrail və digər ehtiyaclara kömək etmək üçün əhəmiyyətli dərəcədə 2 milyard dollardan çox tələb etmək niyyətindədir.

Xəbər xətti