Çin prezidenti Si Cinpin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çin lideri Tokayevi Pekin Xalq Evində (parlament) qəbul edib. Görüş zamanı qeyd edildiyi kimi, Si Cinpinq uzun müddətdir dostluq əlaqələri saxladığı Qazaxıstan prezidentini görməkdən çox şad olduğunu bildirib.