ABŞ və İsrail hakimiyyəti Qəzza zolağının sakinlərinə humanitar yardım göstərilməsi planı hazırlamaq barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, bunu bazar ertəsi İsraildə çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Bu gün bizim xahişimizlə ABŞ və İsrail donor ölkələrdən və beynəlxalq təşkilatlardan Qəzzada mülki şəxslərə humanitar yardımın çatdırılmasını təmin edəcək bir plan hazırlamaq barədə razılığa gəldilər” - Blinken deyib. Blinkenin sözlərinə görə, bu əhaliniı təhlükələrdın qorumaq üçün zonalar yaratmaq imkanını verəcək.