Azərbaycanda zəlzələ olub

05:04 - 17 Oktyabr 2023 - ÖLKƏ İÇİ

Azərbaycanda zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də Şamaxı-Qobustan sərhədində 3,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Təbii hadisə hiss olunmayıb.

Xəbər xətti