İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi bildirib.
Bu, onların Qəzza zolağı ətrafında oktyabrın 7-də başlayan vəziyyətin gərginləşməsindən sonra ikinci görüşüdür.
Ofisin məlumatına görə, görüş Təl-Əvivdə Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin binaları kompleksində baş tutub və orada Netanyahudan başqa, müdafiə naziri Yoav Qalant da daxil olmaqla hərbi-siyasi kabinetin üzvləri iştirak ediblər.