Netanyahu və Blinken İsraildə görüşüblər

22:09 - 16 Oktyabr 2023 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi bildirib.

Bu, onların Qəzza zolağı ətrafında oktyabrın 7-də başlayan vəziyyətin gərginləşməsindən sonra ikinci görüşüdür.

Ofisin məlumatına görə, görüş Təl-Əvivdə Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin binaları kompleksində baş tutub və orada Netanyahudan başqa, müdafiə naziri Yoav Qalant da daxil olmaqla hərbi-siyasi kabinetin üzvləri iştirak ediblər.

Xəbər xətti