Putin oktyabrın 18-də Si Cinpinlə danışıqlar aparacaq

19:02 - 16 Oktyabr 2023 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Pekində keçirilən “Bir kəmər, bir yol” forumu çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Diplomatın sözlərinə görə, görüşdə liderlər Rusiya-Çin münasibətlərinə xas olan mehriban və səmimi şəkildə ikitərəfli praktik əməkdaşlığın cari problemlərini və beynəlxalq gündəliyi, o cümlədən daha ədalətli qütblü çoxqütblü dünya nizamının formalaşdırılması məsələlərini müzakirə edəcəklər.

Xəbər xətti