Fransa hüquq-mühafizə orqanları Fələstin-İsrail münaqişəsinin yenidən qızışdığı oktyabrın 7-dən bəri antisemitizm təzahürlərinə görə 100-dən çox insanı həbs edib.
Ucnoqta.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Cerald Darmanin mətbuat konfransında deyib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən indiyədək antisemitizm təzahürlərinə və ya terrora haqq qazandırdıqlarına görə 102 nəfər saxlanılıb. Onların arasında 27 əcnəbi var, onlardan 11-i inzibati həbsdə və ya həbsdədir. Nazir xatırladıb ki, təqsiri sübuta yetirilən əcnəbilərin yaşayış icazələrinin ləğvi proseduruna başlanılması barədə göstəriş verib.